“Qarabağ” bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, “atlılar” III turda “Ayaks”ı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 20:45-də start verilib.
Görüş rəqibin qələbəsiylə başa çatıb.
“Qarabağ” bundan əvvəl “Tottenhem”ə 0:3, “Malmö”yə isə 1:2 hesabıyla uduzub. “Ayaks” isə “Slaviya” ilə heç-heçə edib (1:1), “Beşiktaş”a isə qalib gəlib (4:0).
UEFA Avropa Liqası
Liqa mərhələsi, III tur
24 oktyabr
20:45 Qarabağ – Ayaks (Niderland) 0:3
Qollar: Kennet Teylor, 36, Veqorst, 73 (pen), Akpom, 77
Qırmızı vərəqə: Julio Romao, 15 (Qarabağ), Elvin Cəfərquliyev, 79 (Qarabağ)
Baş hakim: Nikolas Uolş (Şotlandiya)
Tofiq Bəhramov adına Respublika stadionu
“Qarabağ”: Mateuş Koxalski, Abbas Hüseynov, Bədavi Hüseynov, Kevin Medina, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo.
“Ayaks”: Remko Pasver, Yorrel Hato, Yosip Şutalo, Daniele Ruqani, Devayn Renç, Kennet Teylor, Cordan Henderson, Kian Fitç Cim, Mika Qodts, Vaut Herqorst, Kristian Ramussen.