“Qarabağ” Avropa Liqasında hansı səbətdə olacaq?

Çempionlar Liqası ilə vidalaşan “Qarabağ” UEFA Avropa Liqasında Liqa mərhələsində mübarizə aparacaq.

Futbolpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi burada 3-cü səbətdə yer alacaq.

Avropa Liqasının püşkatması avqustun 30-da olacaq.

“Qarabağ” Liqa mərhələsində öz səbəti daxil olmaqla, hər səbətdən iki komandaya rəqib olacaq. Komandalar ümumilikdə 8 oyun keçirəcək (4 ev, 4 səfər).

Yekunda 36 komanda arasında ilk 8 yeri tutanlar birbaşa 1/8 finala yüksələcək. 9-24-cü sıranı tutanlar isə pley-off oynayacaq.