“Qarabağ” aparıcı oyunçusu ilə müqaviləni uzatdı (ÖZƏL)

Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadənin “Qarabağ”dakı taleyinə aydınlıq gəlib.

FutbolPress“in əldə etdiyi məlumata görə, Premyer Liqa klubu 27 yaşlı oyunçunun sözləşməsini uzadıb. Tərəflər arasında razılıq əldə olunub və yaxın zamanda rəsmi açıqlama olacaq.

Bəhlul 2021-ci ilin yayından “Qarabağ”da forma geyinir. O, bu mövsüm 38 oyunda 2 qol vurub. Bəhlulun sözləşməsi yayda başa çatır.