Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının IV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Səbail-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz-2” komandası 70 manat cərimə edilir (maddə 37);
“Qarabağ-2” – “Turan Tovuz-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ-2” komandası 70 manat cərimə edilir (maddə 37);
“Qarabağ-2” – “Turan Tovuz-2” oyununda “Qarabağ-2” komandası matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “Qarabağ-2” komandası 100 manat cərimə edilir (maddə 91);
“Araz-Naxçıvan-2” – “Neftçi-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilir (maddə 37);
“Araz-Naxçıvan-2” – “Neftçi-2” oyununun 90-cı dəqiqəsində “Araz-Naxçıvan-2” komandasının 85 nömrəli futbolçusu Ayxan Məcidov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Araz-Naxçıvan-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);
“Araz-Naxçıvan-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilir (maddə 37);
“Şamaxı-2” – “Zirə-2” oyununda “Şamaxı-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı-2” komandası 70 manat cərimə edilir (maddə 37);
“Şamaxı-2” – “Zirə-2” oyununda “Zirə-2” komandası “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə “Zirə-2” komandası 50 manat cərimə edilir (maddə 51.8).