“Mançester Yunayted”in hücumçusu Markus Reşford Dortmund “Borussiya”sının əsas transfer hədəflərindən biridir.
Futbolpress.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb. Onun sözlərinə görə bu həftə Dortmundda futbolçunun nümayəndələri ilə “Borussiya”sının idman direktoru Sebastyan Kehl arasında görüş olub. Bununla belə, Almaniya klubu baha başa gəldiyi üçün təklif verməkdə ehtiyatlı davranır.
Qeyd edək ki, “Milan” da 27 yaşlı futbolçu ilə maraqlanır və tezliklə rəsmi münasibət bildirəcəyi gözlənilir.