Argentinalı mütəxəssis Marselo Qalyardo “Milan”ın yeni baş məşqçisi ola bilər.
Futbolpress.az xəbər verir ki, İtaliya klubu 48 yaşlı məşqçinin xidmətində maraqlıdır. Bu barədə insayder Canluka Di Marzio məlumat yayıb.
Qalyardo hazırda Səudiyyə Ərəbistanı təmsilçisi “Əl İttihad”ı çalışdırır. O, daha əvvəl ölkəsində “River Pleyt”in baş məşqçisi olub.