“Qalatasaray”ın sabiq hücumçusu karyerasını bitirdi

“Lion”un və “Qalatasaray”ın sabiq futbolçusu Bafetimbi Qomis karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, 39 yaşlı hücumçu bu barədə DAZN telekanalına açıqlamasında deyib. O, peşəkar karyerasını sonlandırdığını deyib.

Qomis karyerası ərzində “Marsel”, “Qalatasaray”, “Suonsi” kimi klublarda forma geyinib. O, Fransa yığmasında 12 oyunda 3 qol vurub.