“Qalatasaray” zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq Mauro İkardi ilə müqaviləni dondurmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Avropa Liqasında “Tottenhem”lə oyunda ciddi zədə alan hücumçunun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib. Klub bu səbəbdən onunla müqaviləni mövsümün sonuna qədər dondurmaq istəyir.
“Qalatasaray” artıq yeni hücumçu axtarışlarına başlayıb.
İkardi bu mövsüm Super Liqada 7 oyunda 4 qol vurub.