“Qalatasaray”ın futbolçusu Kerem Aktürkoğlu karyerasını Rusiyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “Spartak”la razılaşıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 25 yaşlı futbolçunun Moskva təmsilçisi ilə 4 illik müqavilə imzalayacağı gözlənilir.
Kerem 2020-ci ildən “Qalatasaray”da forma geyinir. O, “cim-bom”la 175 oyunda 44 qol vurub, 39 məhsuldar ötürmə edib.