“Qalatasaray”ın futbolçusu ruslara “yox” dedi

Rusiyanın “Spartak” komandası “Qalatasaray”ın futbolçusu Kerem Aktürkoğluna “elçi düşüb”.

Futbolpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Türkiyəli yarımmüdafiəçi Moskva klubunda oynamaq istəmir və bu səbəbdən təklifi rədd edib.

25 yaşlı futbolçu “Qalatasaray”da 173 oyunda 44 qol vurub, 39 məhsuldar ötürmə edib. Onun adı İspaniya və Səudiyyə Ərəbistanı klubları ilə də hallanır.