“Qalatasaray”ın futbolçusu Avro-2024-də oynamayacaq

“Qalatasaray”ın danimarkalı müdafiəçisi Viktor Nelsson zədələnib.

Futbolpress.az xəbər verir ki, bu barədə oyunçu özü sosial şəbəkə hesabında paylaşım edib. Nelsson zədə səbəbindən Danimarka millisinin Avro-2024 oyunlarını buraxacaq.

Yığma turnirdə İngiltərə, Serbiya və Sloveniya ilə mübarizə aparacaq. Almaniyanın ev sahibliyi edəcəyi çempionata iyunun 14-də start veriləcək.