“Qalatasaray”dan Salah həmləsi

“Qaralasaray” Misir millisinin və “Liverpul”un hücumçusu Məhəmməd Salahı transfer etmək istəyir.

Futbolpress.az “Fotomaç”a istinadən xəbər verir ki, komanda artıq ilkin danışıqlara başlayıb.

Salahın “Liverpul”la müqaviləsi növbəti mövsümün yayında başa çatacaq. Onun klubdan ayrılmaq ehtimalının yüksək olduğu iddia olunub.

Misirli hücumçu bu mövsüm Premyer Liqa klubu ilə 44 matçda 25 qol, 14 məhsuldar ötürmə ilə yadda qalıb.