“Qalatasaray”dan Rumıniya klubuna

“Qalatasaray” futbolçusu Alkesandu Çikaldaunu satıb.

Futbolpress.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi karyerasına Rumıniyanın “Krayova” komandasında davam edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Rumıniyalı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

“Qalatasaray” satışdan 1,5 milyon avro qazanacaq.

Çikaldau 2021-ci ilin yayında məhz “Krayova”dan “Qalatasaray”a keçib. O, “cim-bom”la 41 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə edib.