“Qalatasaray”dan Osimhenlə bağlı rəsmi AÇIQLAMA

“Napoli”nin futbolçusu Viktor Osimhen karyerasını Türkiyədə davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, “Qalatasaray” nigeriyalı hücumçunun icarəsi üçün Neapol klubu ilə danışıqlara başlayıb. Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. Forvard tibbi müayinədən keçdikdən sonra tərəflər arasında icarə müqaviləsi imzalanacaq.

Osimhen ötən mövsüm “Napoli”də 35 oyunda 17 qol vurub.