“Qalatasaray”dan ayrılan futbolçu Super Liqada qaldı

“Qalatasaray”dan ayrılan Leo Dübuanın yeni klubu məlum olub.

Futbolpress.az xəbər verir ki, sağ cinah müdafiəçisi “Eyüpspor”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçu Super Liqanın debütantı ilə 1 illik müqavilə imzalayıb.