“Qalatasaray”dan ayrılan Hamza Akman karyerasını Danimarkada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi “Sonneryyusk” komandasına keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hamza ilə 3 illik müqavilə imzalanıb.
Akman “Qalatasaray”ın yetirməsidir. O, əsas komanda ilə 3 oyunda meydana çıxıb.