“Qalatasaray”dan “Atalanta”ya

“Qalatasaray”ın futbolçusu Nikolo Zaniolo karyerasını “Atalanta”da davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Berqamo təmsilçisi 25 yaşlı yarımmüdafiəçi üçün 3,5 milyon avro icarə haqqı ödəyəcək.

Zaniolo ötən mövsümü icarə əsasında “Aston Villa”da keçirib. O, Premyer Liqada 25 oyunda 2 qol vurub.