“Qalatasaray” ciddi itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Mauro İkardi sıradan çıxıb.
Avropa Liqasında dünən “Tottenhem”lə oyunda (3:2) zədə alan forvardın çarpaz bağları qopub. İkardinin mövsümün qalan hissəsini buraxacağı gözlənilir.