“Qalatasaray”da itki

“Qalatasaray”ın oyunçusu Kaan Ayhan zədələnib.

Futbolpress.az xəbər verir ki, bu barədə “sarı-qırmızılar”ın mətbuat xidməti açıqlama yayıb. Kaanın sağ üst bel əzələ qrupunda ikinci dərəcəli gərginlik və qanaxma olduğunu açıqlanıb. Təcrübəli futbolçunun 1 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

30 yaşlı müdafiəçi Türkiyə Super Liqasının 13-cü həftəsində keçirilən “Bodrumspor”la matçda zədələnib.