“Qalatasaray” itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, “cim-bom”un müdafiəçisi Davinson Sançes zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçunun sağ arxa əzələsində problem yaranıb.
Sançes azı iki həftə yaşıl meydanlardan uzaq qalacaq.