“Qalatasaray” Zanyoloya qiymət qoydu

“Qalatasaray” futbolçusu Nikolo Zanyolonun transfer dəyərini müəyyənləşdirib.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi italiyalı yarımmüdafiəçinin satışından 20 milyon avro qazanmağı planlaşdırır. Bu barədə Türkiyə mətbutı məlumat yayıb.

Zanyolo ilə “Vilyarreal”, “Atalanta” və “Fiorentina” maraqlanır.

Yarımmüdafiəçi ötən mövsümü icarə əsasında “Aston Villa”da keçirib. O, Premyer Liqada 25 oyunda 2 qol vurub.