“Qalatasaray” “transfer bombası”nı partlada bilər

“Napoli”nin futbolçusu Viktor Osimhen karyerasını Türkiyədə davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, “Qalatasaray” nigeriyalı hücumçunun icarəsi üçün Neapol klubu ilə razılaşıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Keçidin yaxın zamanda tamamlanacağı gözlənilir.

Osimhen ötən mövsüm “Napoli”də 35 oyunda 17 qol vurub.