“Qalatasaray” rəsmisindən İkardi ilə bağlı açıqlama

Argentinalı hücumçu Mauro İkardi “Qalatasaray”da qalacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun İdarə Heyətinin üzvü Nihat Kırmızı Türkiyə mətbuatına açıqlamasında deyib:

“İkardinin ayrılıq ehtimalı yoxdur. Müqaviləsi var və bizimlə qalacaq. Camiəmizin başını qarışdırmaq üçün belə iddialar ortaya atılır”.

Daha əvvəl İkardinin “Qalatasaray”dan ayrılmaq üzrə olduğu iddia edilirdi.

Forvard ötən mövsüm 25 qolla Super Liqanın bombardiri olub.