“Qalatasaray” futbolçusu Sergio Oliveyra ilə yollarını ayırmaq istəyir.
Futbolpress.az xəbər verir ki, “sarı-qırmızılar” 32 yaşlı yarımmüdafiəçiyə klub tapmazsa, onunla müqaviləyə xitam verəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Oliveyra “Qalatasaray”da 2 milyon 750 min avro maaş alır və daha iki illik müqaviləsi var. “Cim-bom” yüksək maaşı səbəbindən oyunçunu hər bir halda, göndərmək niyyətindədir.
Yarımmüdafiəçi 2022-ci ilin yayından komandada çıxış edir. O, 58 oyunda 6 qol vurub, 7 məhsuldar ötürmə edib.