“Qalatasaray” onu icarəyə verdi

“Qalatasaray”ın futbolçusu Tete karyerasını Yunanıstanda davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, cinah oyunçusu “Panatinaikos”la razılaşıb. Bu barədə SDNA nəşri məlumat yayıb. Braziliyalı vinger 2024/25 mövsümünü icarə əsasında Yunanıstan komandasında keçirəcək.

Tete “Qalatasaray”da 45 oyunda 4 qol vurub, 6 məhsuldar ötürmə edib.