“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Futbolpress.az xəbər verir ki, İstanbul klubu “Brügge”dən Rafael Onyedika ilə anlaşıb. Bu barədə “FootMercato” nəşri məlumat yayıb. Xəbərdə “Qalatasaray”ın 23 yaşlı nigeriyalı yarımmüdafiəçi ilə 5 illik müqavilədə razılaşdığı bildirilib.
“Cim-bom” Belçika klubu ilə danışıqları davam etdirir.
Onyedika “Brügge”də 95 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.