“Qalatasaray” liderliyə yüksəldi

Bu gün Türkiyə Super Liqasında III turdan təxirə salınmış bir oyun keçirilib.

Futbolpress.az xəbər verir ki, son çempion “Qalatasaray” azarkeşləri önündə “Qaziantep”lə qarşılaşıb. Görüş “cim-bom”un qələbəsiylə başa çatıb.

“Qalatasaray” aktivinə üç xal yazdıraraq 5 turdan sonra 15 xalla turnir cədvəlinin birinci pilləsinə yüksəlib.

Türkiyə Super Liqası
III tur

17 sentyabr

Qalatasaray – Qaziantep 3:1
Qollar: B.Yılmaz, 11, Y.Akgün, 26, M.Batşuayi, 76 – F.Soyalp, 81