“Qalatasaray” Keremi satdı

“Benfika” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Portuqaliya təmsilçisi “Qalatasaray”dan Kerem Aktürkoğlunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.  25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

“Benfika” Kerem üçün 12 milyon avro ödəyəcək.

 

Cinah oyunçusu ötən mövsüm “Qalatasaray”da 54 oyunda 15 qol vurub, 9 məhsuldar ötürmə edib.