“Qalatasaray” italyanlarla bacarmadı

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Qalatasaray” yoxlama oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, Okan Burukun rəhbərlik etdiyi kollektiv İtaliyanın “Parma” komandası ilə qarşılaşıb. Görüş A Seriyası təmsilçisinin qələbəsiylə başa çatıb – 2:0.

“Parma”nın qollarını Dennis Man və Hernani vurub.

“Qalatasaray” bundan öncə İtaliyanın “Leççe” komandasına qalib gəlmişdi – 2:1.