“Qalatasaray” sağ cinah müdafiəçisi Kayl Uolker-Piters üçün “Sauthempton”a təklif göndərib.
Futbolpress.az xəbər verir ki, İngiltərə klubu futbolçunu satmaq istəmir, lakin yaxşı məbləğ təklif olunarsa, bu təklifi nəzərdən keçirəcək. Çünki futbolçunun müqaviləsi 6 ay sonra başa çatır. Qeyd olunur ki, bir çox Premyer Liqa klubları yayda 27 yaşlı oyunçunu azad agent kimi almaqda maraqlıdır.
İngiltərəli müdafiəçi “Tottenhem”in gənclər akademiyasının yetirməsidir. “Sauthempton” onu 2020-ci ilin yanvarında mövsümün sonuna qədər londonlulardan icarəyə götürdü və bundan sonra 13,3 milyon avroya aldı. Piters bu mövsüm 22 matçda 2 məhsuldar ötürmə edib.