“Qalatasaray” hücumçusuna qiymət qoydu

“Qalatasaray” futbolçusu Vilfrid Zahanın transfer dəyərini müəyyənləşdirib.

Futbolpress.az xəbər verir ki, “sarı-qırmızılar” 31 yaşlı hücumçu üçün 10 milyon avro tələb edir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Zaha ilə İngiltərənin “Vest Hem” klubu maraqlanır.

Fil Dişi Sahilindən olan futbolçu ötən mövsüm 42 oyunda 10 qol vurub, 5 məhsuldar ötürmə edib.