“Qalatasaray” hazırlıqlara başladı: 3 futbolçu ilə yollar ayrılır

“Qalatasaray” növbəti mövsümün hazırlıqlarına başlayıb.

Futbolpress.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Okan Buruk 3 futbolçu ilə yolları ayırmağı düşünür.

Belə ki, mütəxəssis Tete, Vilfried Zaha və Serxio Oliveyranı növbəti mövsüm üçün heyətdə görmək istəmir.

Bundan əlavə, Kerem Aktürkoğlu, Berkan Kutlu və Barış Alper Yılmaz “Qalatasaray”da qalacaq.