“Qalatasaray” futbolçusunu Rusiya klubuna göndərdi

“Qalatasaray” futbolçusu Kazımcan Karataşı icarəyə verib.

Futbolpress.az xəbər verir ki, 21 yaşlı müdafiəçi 2024/25 mövsümünü “Orenburq”da keçirəcək. Bu barədə Rusiya klubunun idman direktoru Dmitri Andreyev yerli mətbuata açıqlamasında deyib.

Kazımcan 2022-ci ilin yayından “Qalatasaray”da çıxış edirdi. O, “sarı-qırmızılar”la 24 oyunda meydana çıxıb. Futbolçu ötən mövsümdə “Ankaragücü”ndə icarədə olub.