“Qalatasaray” Fransa klubuna təklif göndərdi

“Qalatasaray” heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi “Renn”in cinah oyunçusu Lorens Assinyonu heyətinə qatmaqda maraqlıdır. Bu barədə “A Spor” nəşri məlumat yayıb.

“Qalatasaray” müdafiəçi üçün Fransa klubuna 8 milyon avro təklif edib. “Renn”in gözləntisi isə 11 milyon avrodur.

Assinyon ötən mövsümü İngiltərənin “Bernli” klubunda icarədə keçirib. O, Premyer Liqada 15 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.