“Qalatasaray” “Fənərbağça”nın rekordunu qırdı

“Qalatasaray” Türkiyə Super Liqasının IX turunda səfərdə “Antalyaspor”u məğlub edib – 3:0.

Futbolpress.az xəbər verir ki, qələbə “cim-bom” üçün rekordla əlamətdar olub. “Qalatasaray” Super Liqada ardıcıl 13 səfər oyununda qələbə qazanıb. Bu, Türkiyə çempionatları tarixində rekord göstəricidir.

Rekord daha əvvəl “Fənərbağça”ya aid idi.

“Qalatasaray” Super Liqada 9 turdan sonra 25 xalla birinci sıradadır.