“Qalatasaray” baş məşqçisi ilə müqaviləni uzatdı

“Qalatasaray” baş məşqçisi Okan Burukla yeni müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə 2 illik sözləşmə imzalanıb.

“Qalatasaray” Super Liqada ötən mövsüm çempion olub.