“Qalatasaray” “Barselona”nın futbolçusunu transfer etmək istəyir

“Qalatasaray” “Barselona”nın futbolçusu İlkay Gündoğanı transfer etmək istəyir.

Futbolpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Qalatasaray”ın prezidenti Dursun Özbek İlkanla görüşəcək.

Türk əsilli alman futbolçunun “Barselona” ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

O, bu mövsüm “Barselona”nın heyətində 36 matçda 5 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.