Qadın futbolçudan narazılıq: “Eyni işi görürük, ancaq…”

“Yuventus”un qadın futbolçulardan ibarət komandasının oyunçusu Alişa Lehmann açıqlama verib.

Futbolpress.az xəbər verir ki, o, kişi və qadın futbolçuların maaşlarının arasında olan fərqdən narazılığını bildirib:

“Hamı eyni maaşı almaq istəyər. Bu məsələ ilə bağlı həyat yoldaşım Duqlas Luislə də tez-tez danışıram və kişilər ilə qadınların maaşlarının arasında belə fərq olmasına narazılığımı bildirirəm. Eyni işi görürük, amma o, məndən yüzqat çox qazanır”.

Duqlas “Yuventus”un kişilərdən, Alişa isə qadınlardan ibarət komandasında çıxış edir.