Qəzaya uğrayanlardan biri də futbolçu olub

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində vəfat edənlər arasında Bakının “Gənclik” futbol klubunun üzvü 13 yaşlı Məhəmmədəli Eqanov da olub.

Futbolpress.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Federasiya mərhumun ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!