PSJ Çempionlar Liqasının Liqa mərhələsinin III turunda PSV ilə heç-heçə edib – 1:1.
Futbolpress.az xəbər verir ki, Paris klubu baş məşqçi Luis Enrikenin rəhbərliyi altında turnirdə 15 oyunda cəmi 6 qələbə qazanıb. 6 dəfə uduzan parislilərin aktivikində 3 bərabərlik var.
PSJ Enrikenin rəhbərliyi altında ÇL-də oyunlarının 40 faizini qazanıb. Enrike 2011-ci ildə Qətərdən olan investorların kluba sahiblik etməsindən sonra ən pis nəticə göstərən baş məşqçidir.