Qətər klubu ispaniyalı üçün 11 milyon avro ödədi

“Latsio”nun futbolçusu Luis Alberto karyerasını Qətərdə davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Əl Duhail” klubu ilə anlaşıb. Bu barədə Qətər təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Əl Duhail” Alberto üçün “Latsio”ya 11 milyon avro ödəyib.

İspan yarımmüdafiəçi Roma klubunda 8 mövsüm keçirib. O, 307 matçda 52 qol vurub, 79 məhsuldar ötürmə edib. Alberto bundan əvvəl “Liverpul”, “Deportivo”, “Malaqa” və “Sevilya”da oynayıb.