UEFA Millətlər Liqasında IV turun oyunlarına yekun vurulub.
“FutbolPress“in məlumatına görə, oyunlardan sonra C Liqasının ən zəif komandaları məlum olub.
1-ci qrupda 4 oyunda xal qazana bilməyən Azərbaycan millisi bu göstəricidə birincidir. Milli 4 oyunda 3 qol vurub, 11-ni buraxıb. Digər zəif bənd isə Litvadır. Bu komanda da milli kimi eyni aqibətlə üzləşib – 4 oyun, 4 məğlubiyyət. Litvanın millidən üstünlüyü buraxılan qol sayının daha az olmasıdır – 8 qol.
Millətlər Liqasında qarşıda iki tur var. Azərbaycan noyabrın 16-da Estoniya ilə qarşılaşacaq. Fernandu Santuşun rəhbərlik etdiyi komanda bu görüşdə də qələbə qazana bilməsə, demək olar, D Liqasına yuvarlanacağı dəqiqləşəcək.
Kamil Əhməd