Fransa millisinin baş məşqçisi Didye Deşam Avro-2024-də Niderlandla heç-heçə etdikləri görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:0 hesabıyla bitən oyunla bağlı bunları deyib:
“Təəssüf ki, qol vura bilmədik. Yüksək gərginliyi olan görüş idi və müdafiə xəttimiz məni məyus etdi. Buna baxmayaraq, uşaqların performansından məmnunam. Hücumda yaxşı oynayırıq, amma qol yoxdur. Qələbə üçün qol vurmalıyıq”.