“Qələbə qazanacağımıza inanırdıq” – “Fehervar”ın futbolçusu

“Fehervar”ın futbolçusu Tobias Kristensen Konfrans Liqasının II təsnifat mərhələsində “Sumqayıt”ı məğlub etdikləri görüşdən sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, komandasının ilk qolunu vuran yarımmüdafiəçi qələbə qazandıqları görüşlə bağlı (2:1) bunları deyib:

“Düşünürəm ki, qırmızı vərəqə oyunun dönüş nöqtəsi oldu. Qələbə qazanacağımıza inanırdıq, bizimçün vacib olan bu idi. Səfərdə avrokubok oyunu keçirmək asan deyil. Çətin matç keçdi, amma istədiyimiz nəticəni qazandıq.

Cavab görüşündə də hücumda oynamaq istəyirik. Üstünlüyümüz bir qoldur və ağıllı oynamaq məcburiyyətindəyik”.

Komandalar arasındakı cavab oyunu iyulun 31-də Macarıstanda olacaq.