“Bavariya”nın futbolçusu Camal Musiala Çempionlar Liqasının yarımfinalında “Real”la ilk görüşdən sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi bərabərliklə başa çatan matçla bağlı bunları deyib:
“Bərabərliyin müsbət və mənfi cəhətləri var. Qələbə qazana bilərdik, şanslarımız çox idi. Müdafiədə də etibarlı oynadıq. Heç nə olmadığı anda “Real” qol vurdu. Epizodu sıfırdan yaratdılar. Belə qol buraxmaq ayıbdır, amma Madriddə başımız dik olacaq.
Bu oyundan götürməli olduğumuz çox şey var. Özümüzə inanmalı və ilk matçdakı kimi oynamalıyıq. Hədəfimiz qələbədir”.
Komandalar arasındakı ilk oyunda bərabərlik qeydə alınıb – 2:2. Cavab görüşü mayın 8-də Madriddə keçiriləcək.