“Qəbələ”yə 1 qol bəs etdi

Azərbaycan I Liqasında V tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

“Qəbələ” azarkeşləri önündə “Difai” ilə qarşılaşıb. Matç meydan sahiblərinin qələbəsiylə başa çatıb. Yeganə qolu Abdullahi Şuaybu vurub.

“Qəbələ” 5 turdan sonra 13 xalla 2-ci sıradadır. “Difai” isə 1 xalla 10 komanda arasında 9-cu pillədədir.