“Qəbələ”nin yetirməsi “Zaqatala”da qaldı

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Zaqatala” bu futbolçu ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi müdafiəçi Rüstəm Nuruyevlə sözləşməni 2025-ci ilin yayına kimi artırıb.

Nuruyev 2023-cü ilin yayından “Zaqatala”da çıxış edir. O, “Qəbələ” klubunun yetirməsidir.