“Qəbələ” Azərbaycan Premyer Liqasının XXXIV turunun “Sabah”la ev oyununun hazırlıq prosesini başa vurub.
Futbolpress.az xəbər verir ki, Ülvi İsgəndərov komanda ilə hazırlığa qatılmayıb. O, fərdi məşqlə kifayətlənib.
Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Sabah” qarşılaşması saat 17:00-da başlayacaq.