“Qəbələ”dən “Karvan”a: “Karyeramda dəyişiklik etmək istədim”

Son mövsümdə “Qəbələ”nin U-19 komandasında çalışan Zaur Hacıyev postundan ayrılıb. Mütəxəssis “FutbolPress”ə açıqlamasında qərarının səbəbini söylədi:

“Qəbələ”dən 18 il sonra ayrıldım. Səbəb isə yeni işə getməyimlə bağlı oldu. Həyatımda və karyeramda dəyişiklik etmək istədim. Klub rəhbərliyi bunu anlayışla qarşıladı. “Qəbələ” mənə doğma klubdur. Onları yenidən Premyer Liqada görməyi ümid edirəm”.

Hacıyev bundan sonra I Liqa klubu “Karvan”da baş məşqçi Kənan Kərimovun köməkçisi olacağını bildirdi:

“Bir neçə variantım var idi. Dəyərləndirdim və “Karvan”ı uyğun bildim. İnanıram ki, baş məşqçi Kənan Kərimovla işimiz maraqlı olacaq”.

Şahin Cəfərov