“Qəbələ”dən darmadağın

“Qəbələ” yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, “qırmızı-qaralar” “Mingəçevir”lə üz-üzə gəlib.

Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda keçirilən görüş “Qəbələ”nin üstünlüyü ilə keçib. Dörd cavabsız qol vuran “Qəbələ” səfərdəki yoxlama matçından qalib ayrılıb. Meydan sahiblərinin qapısına Ruslan Voronsov, Domi Jaures, Sənan Ağalarov və Mehrac Baxşalı yol tapıblar.

Bu, “qırmızı-qaralar”ın yoxlama oyunlarında ardıcıl 3-cü qələbəsi olub. Küveyt təmsilçisi “Əl-Yarmuk”la heç-heçə (2:2) edən komanda “Zaqatala” (2:0) və “Cəbrayıl”a (5:2) da qalib gəlib.

Qeyd edək ki, “Qəbələ” hazırlıq çərçivəsində daha iki matç keçirəcək.